Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” qeyd olunub. Belə ki, "Azərbaycan mətbuatının şanlı yolu" adlı tədbirdə .
əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəziləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsinin müdir vəzifəsini icra edən Günay Əsədullayeva mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və əlamətdar günün əhəmiyyətindən, Azərbaycan milli mətbuatının keçdiyi şərəfli inkişaf yolundan, həmçinin dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğıdan danışıb.
Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran rayon təşkilatının sədri, yazıçı-dramaturq Şəfahət Həsənov isə öz çıxışında milli mətbuatın tarixi, cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və təbliğində oynadığı mühüm roldan söhbət açıb.
Çıxış edən digər natiqlər- Qabaqcıl Təhsil İşçisi, "Qızıl qələm" media mükafatı laureatı Südabə Babayeva, Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova, "Xalq" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, ictimai fəal, III dəfə respublika mahnı müsabiqəsi laureatı Allahverən Pərvizoğlu, jurnalist Əlisəfa Əhmədov, şair Xudaverdi Cavadov və Əfsanə Sultan Milli Mətbuat Günü münasibətilə fikirlərini bölüşüb, mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Sonra “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyi tərəfindən bir qrup media nümayəndəsinə mətbuat sahəsindəki səmərəli fəaliyyətlərinə görə Fəxri fərmanlar təqdim olunub.
Həmçinin Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Lənkəran Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayevaya Milli Mətbuat Gününün Lənkəranda yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə Fəxri fərmana layiq görülüb. Eyni zamanda bir qrup media nümayəndəsinə Azərbaycan Jurnalistlər Birliyinin üzvlük vəsiqələri və müxtəlif təltiflər təqdim olunub
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü