“ 22 İyul – Milli Mətbuat Günü“ münasibətilə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zəfər Orucoğlunu ziyarət ediblər. Görüş zamanı Zəfər Orucoğlu Milli Mətbuat Günü münasibətilə təbrik olunub, ona fəxri diplom və xatirə hədiyyəsi təqdim edilib. Səmimi söhbət zamanı Azərbaycan mətbuatının inkişafı, jurnalistikanın cəmiyyətdəki rolu və milli dəyərlərin təbliğinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Zəfər Orucoğlu göstərilən diqqət və yüksək ehtirama görə qonaqlara təşəkkürünü bildirərək, bu qayğının onun üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq ilhamı və yeni nailiyyətlər arzulayırıq!"
Tural Əliyev,
Yeni Azərbaycan Partiyasının üzvü, müəllim