PDF Oxu

Siyasət

  • 1 209

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

image

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib.SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Mərkəzin fəaliyyət istiqamətlərinə gəlincə, ölkənin strateji maraqları baxımından beynəlxalq gündəlikdə duran məsələlərə, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərinə və xarici dövlətlərlə münasibətlərinə dair araşdırmalar aparmaq, dünyada və regionda baş verən münaqişələr, habelə siyasi, ictimai, hüquqi, iqtisadi və digər proseslərlə bağlı problemləri öyrənmək, elmi tədqiqatını və təhlilini həyata keçirmək, onları proqnozlaşdırmaq, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri üzrə araşdırmalar aparmaq, qeyd olunan sahələrdə elmi-analitik, proqnoz xarakterli təkliflər və onların həlli yollarına dair təkliflər hazırlamalıdır.Bundan başqa, beynəlxalq münasibətlər, regional proseslər və multikulturalizm sahəsində elmi-analitik tədqiqatların inkişafını təmin etmək, eləcə də dünyada və regionda baş verən proseslərlə bağlı ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etmək də mərkəzin fəaliyyət istiqamətləri arasındadır.Mərkəz eyni zamanda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.İdarə Heyətinin tərkibi 3 üzvdən - Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun 2 müavinindən ibarətdir.Mərkəzin nizamnamə fondu 4 milyon 212 min 500 manatdır.Mərkəzin fəaliyyətinə dair illik hesabat Azərbaycan Prezidentinə təqdim ediləcək.Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər