PDF Oxu

Siyasət

  • 724

Dövləti başçısının rəhbərlik etdiyi partiya cəmiyyətdə böyük inam və etimada sahibdir - FOTO

image

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun, Xəzər RİH başçısının birinci müavini Elşən Qurbanovun və RİH başçısı Aparatının şöbə müdirlərinin, partiyanın rayon təşkilatının əməkdaşların, veteranların, rayonun ictimai- siyasi həyatında fəal olan məktəb direktorlarının iştirak ilə baş tutan növbəti tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.


Tədbiri açaraq partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salan YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Vətəninə, xalqına ürəkdən bağlı olan böyük şəxsiyyət, dahi rəhbər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. Həmçinin natiq Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov isə deyib:- Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Hazırda dövlət başçısının rəhbərlik etdiyi partiya cəmiyyətdə böyük inam və etimada sahibdir. 44 günlük haqq savaşımızda qazanılan möhtəşəm Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Çıxış edən Yeni Azərbaycan Partiyasının veteran üzvü Abbasqulu Bağırov partiyanın keçdiyi çətin, şərəfli yolda söhbət açıb.
Sonda Yeni Azərbaycan Partiyasının, eləcə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvü Fəxri fərmana layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər