PDF Oxu

Siyasət

  • 598

Azərbaycan - Almaniya münasibətləri yeni inkişaf mərhələsindədir - ŞƏRH

image

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Avropanın aparıcı ölkələri ilə yaxın təmasların qurulmasıdır. Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Avropa dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb. Azərbaycan Avropanın ən çox inkişaf etmiş dövləti olan Almaniya üçün də cəlbedici ölkədir. İlk növbədə Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Azərbaycan–Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları, kobalt yataqları bazasında kobalt zavodu inşa edilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göygöl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 12-də tanıyıb və ölkələr arasında diplomatik münasibətlər 1992-ci il fevralın 20-də qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
Berlin görüşü göstərir ki, Almaniya üçün Azərbaycan enerji təhlükəsizliyi, konnektivlik və regional sabitlik baxımından strateji tərəfdaşa çevrilib. Azərbaycan üçün bu görüş Qərblə əlaqələrin dərinləşdirilməsi, iqtisadi diversifikasiya və sülh prosesindəki roluna beynəlxalq dəstəyin artırılması deməkdir. Regional müstəvidə Azərbaycan-Ermənistan sülh prosesi artıq iqtisadi əməkdaşlıqla möhkəmləndirilən reallığa çevrilir. Qlobal müstəvidə isə qeyri-sabit beynəlxalq mühitdə "sabit tərəfdaş" imicinin formalaşdırılması hər iki dövlətin xarici siyasət prioritetlərindən birinə çevrilib.
Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və keçirilən görüşlər Azərbaycan–Almaniya iqtisadi münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İmzalanmış razılaşmalar, yaradılan yeni əməkdaşlıq mexanizmləri və qarşılıqlı siyasi iradə göstərir ki, qarşıdakı illərdə iki ölkə arasında ticarət, investisiya, enerji, sənaye, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, kənd təsərrüfatı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq daha da genişlənəcək.

Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini

Digər xəbərlər