PDF Oxu

Siyasət

  • 873

YAP Ağstafa rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTO

image

23 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları əsasında Yeni Azərbaycan Partiyasının və rayon təşkilatının ötən 33 il ərzində keçdiyi şərəfli inkişaf yolu, əldə etdiyi uğurlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlərə imza ataraq ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi fəaliyyətini uğurla davam etdirir.

Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, “Mədəniyyət işçiləri” Əraz Partiya Təşkilatının sədri Gülgün Kərimov, partiya veteranı İmran Nəsibov, “20 Yanvar 25” Ərazi Partiya Təşkilatının sədr müavini Asif Qənbərov və partiya fəalı Şəfəq Heydərli bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmizin davamlı inkişafına, tarixi Zəfərlərinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfələr verir.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub.

Yeni Azərbaycan Partiyasının yaranma tarixini və keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər