Yığıncaqlarda çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova bildirib ki, hesabat-seçki yığıncaqları partiyadaxili demokratik ənənələrin möhkəmləndirilməsi, təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi və üzvlərin ictimai-siyasi proseslərdə fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi milli maraqların qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına mühüm töhfələr verməkdədir. Qeyd olunub ki, partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, partiyanın sıralarında birliyin, həmrəyliyin və məsuliyyət hissinin daha da güclənməsinə möhkəm zəmin yaradır.
Sonra ərazi partiya təşkilatlarının hesabat dövründə gördüyü işlər, qarşıda duran vəzifələr və təşkilati fəaliyyətin perspektivləri müzakirə olunub. Hesabat-seçki gündəliyinə uyğun olaraq keçirilən seçkilər nəticəsində ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri seçilib, gündəlikdə olan təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Yeni seçilmiş sədr və sədr müavinləri onlara göstərilən etimada görə minnətdarlıqlarını bildirərək, Yeni Azərbaycan Partiyasının proqram və prinsiplərinə sadiq qalacaqlarını, təşkilatın fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvlərinin fəallığının artırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini ifadə ediblər.