PDF Oxu

Siyasət

  • 844

YAP Ordubad rayon təşkilatında ərazi partiya təşkilatı sədrlərinin yubileyləri qeyd edilib - FOTO

image

23 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatında Dırnıs kənd ərazi partiya təşkilatının sədri Raziyyə Bağırovanın, Çənnəb kənd ərazi partiya təşkilatının sədri Nəsimi Abdullayevin, Üstüpü kənd ərazi partiya təşkilatının sədri Ramazan Gözəlovun, Regional Su Meliorasiya Xidməti PHŞ ərazi partiya təşkilatının sədri Vilayət Bağırovun və Partiya veteranı Salman Fətəliyevin yubileylərinin qeyd olunması münasibətilə tədbir keçirilib.

YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası haqqında, yubilyarların həyat və fəaliyyətləri haqqında ətraflı məlumat verib. E. İsmayılov ərazi partiya təşkilat sədrlərini təbrik edərək onlara xoş arzularını çatdırıb, YAP Ordubad rayon təşkilatının ictimai-siyası həyatında fəal iştiraklarına, yubileylərinə görə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyən ərazi partiya təşkilatı sədrləri göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasnın sədri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirib, partiyaya fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Daha sonra çay süfrəsi arxasında ərazi partiya təşkilatı sədrlərinin özlərinin həyat və fəaliyyəti haqqında xoş xatirələri dinlənilib. Xatirə şəkilləri çəkilib.

Digər xəbərlər