PDF Oxu

Siyasət

  • 827

YAP Qusar rayon təşkilatının ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib - FOTO

image

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının “Məlikov küçəsi 2A” (Qaz İstismar Sahəsi) və “Fəxrəddin Musayev küçəsi 132” (Telekommunikasiya qovşağı) ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri Kamran Əmirov çıxış edərək ərazi partiya təşkilatlarının fəaliyyətindən, onların partiyanın yerli səviyyədə təşkilatlanmasında, üzvlərlə işin gücləndirilməsində və partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib. O, ərazi partiya təşkilatlarının ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyini vurğulayıb.
Daha sonra yığıncağın gündəliyində duran təşkilatı məsələ müzakirə edilib. İclasda təşkilatın ərazi partiya təşkilatlarında görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, açıq səsvermə yolu ilə ərazi partiya təşkilarında sədr və sədr müavinləri seçilib.
Yeni seçilən ərazi partiya təşkilatının sədr və sədr müavinləri çıxış edərək minnətdarlıqlarını bildiririb, onlara göstərilən etimadı doğruldaqcalarını ifadə ediblər.

Digər xəbərlər