Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi layihə çərçivəsində növbəti telemüzakirələr təşkil edib
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsi çərçivəsində Qərbi Azərbaycanın repressiya tarixini tədqiq etməklə bərabər digər sahələrində araşdırılmasını davam etdiririk.
Layihə çərçivəsində SƏS TV-də 23 iyul tarixində növbəti çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Qərbi Azərbaycan İcmasaının üzvü, Basarkeçər rayon İcmasının sədr müavini, Qarabağ döyüşçüsü, ehtiyatda olan polkovnik Mübariz Quliyev, Basarkeçər rayonu, Babacan kənd icmasının Ziyalılar Şurasının sədri İsgəndər Namazov, rejissor isə Murad Adiloğlu idi.
Veriliş zamanı Qərbi Azərbaycan əhalisi, məşğuliyyəti, intellektual potensialı, adət-ənənələri və digər məqamlarla bağlı geniş müzakilər aparılıb. Qonaqlar dinc qayıdış, adət-ənənələrin qorunub saxlanması, Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı fikirlərini açıqlayıblar.