PDF Oxu

Siyasət

  • 822

Masallıda “Gənclərin Muzeyləri” layihəsi çərçivəsində tədbir keçirilib - FOTO

image

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə əməkdaşlığı və Masallı Dövlət Rəsm Qalereyasının dəstəyi sayəsində növbəti tədbir baş tutub. “Gələcəyin Muzeyləri” layihəsi çərçivəsində həyata keçirilən, gənclərin, mədəniyyət müəssisələrinin əməkdaşlarının və digər qonaqların qatıldığı tədbirdə əvvəlcə Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıb layihənin məqsədi və əhəmiyyətindən danışan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva deyib:- Muzeylərin gələcək inkişaf istiqamətləri, tarix və mədəni irsin qorunması, təbliği və bu prosesdə gənclərin rolu çox önəmlidir. Layihə milli-mədəni irsə marağın artırılması, gənclərin yaradıcı potensialının üzə çıxarılması və innovativ ideyalarının dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Tam aydın olsun ki, nəzərdə tutulan işlər “Muzey xidmətlərinə əlçatanlığın və inklüzivliyin təmin edilməsi” istiqaməti üzrə gənclərin tarix-diyarşünaslıq sahəsində yeni və keyfiyyətli mədəni məhsullar yaratmasına dəstək göstərmək, onların yaradıcılıq potensialını inkişaf etdirmək və muzeylərə innovativ baxış formalaşdırmaq məqsədi daşıyır.
Daha sonra iştirakçı gənclər “Gələcəyin muzeyləri”, “2050-ci ildə gələcəyin muzeyləri”, “Gələcək muzeylərin eksponatları”, “Gələcəyin muzeyləri – keçmişin və gələcəyin qovşağı”, “Yaradıcı xəyal gücü və irsin canlandırılması” mövzularında hazırladıqları slayd təqdimatları ilə çıxış edib, həmçinin gələcəyin muzey konsepsiyası, rəqəmsal texnologiyaların muzey fəaliyyətinə inteqrasiyası, interaktiv ekspozisiyalar, mədəni irsin müasir üsullarla qorunması və təqdimatı, innovativ yanaşmalar ətrafında maraqlı fikir və təkliflər irəli sürülüb. Nəticədə interaktiv formatda təşkil olunan müzakirələr gənclərin mövzuya marağını artırmaqla yanaşı, onların analitik və yaradıcı düşüncə bacarıqlarına müsbət təsir göstərib.

Çıxış edən Masallı Dövlət Rəsm Qalereyasının direktoru Təhmasib Məcidov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin əməkdaşı Tahirə Məmmədova və “Ziyalı” Kompüter Kursunun rəhbəri Könül Şahmarova gənclərin hazırladıqları təqdimatları yüksək dəyərləndirib , onların araşdırma bacarıqlarını, yaradıcı yanaşmalarını və müasir düşüncə tərzini təqdir ediblər. Eləcə təqdim olunan ideyaların gələcəyin müasir muzey modelinin formalaşdırılmasına töhfə verə biləcəyini qeyd etməklə iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Layihədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub, sonda xatirə şəkilləri çəkilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər