PDF Oxu

Siyasət

  • 811

Heydər Əliyev irsi və vətənpərvərlik ruhunun yaşadılması - FOTO

image

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Yardımlı rayon Çayüzü kənd ərazi nümayəndəliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və vətənpərvərlik ideyalarının təbliği məqsədilə baş tutan səyyar sərgi və tədbirdə əvvəlcə
Mərkəzin əməkdaşları 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalan Tural Aslanovun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
Səyyar sərgidə Ulu öndər Heydər Əliyevin mədəniyyətin inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasəti əks etdirən fotolar, eləcə də ölümsüzlüyə qovuşan qəhrəman Tural Aslanovun həyat və döyüş yolunu özündə yaşadan fotoşəkillər nümayiş olunub.
Şəhid Tural Aslanovun atasının , Çayüzü kənd ərazi nümayəndəsi və kənd sakinlərin qatıldığı tədbirdə çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi dəyərdən danışılıb , Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin yaşatması hər bir vətəndaşın mənəvi borcu olduğu dilə gətirilib.
Tədbirin sonunda Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış şəhid Tural Aslanovun həyat və döyüş yolunu əks etdirən xatirə albomu atasına təqdim olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər