PDF Oxu

Siyasət

  • 1 398

Prezident İlham Əliyev Rəşad Aslanovun Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəşad Fəxrəddin Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.Prezident İlham Əliyevin digər Sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Digər xəbərlər