PDF Oxu

Siyasət

  • 1 429

Xəzər rayonunda fəal fiziki tərbiyə müəllimləri mükafatlandırılıb - FOTOLAR

image

24 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaranmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xəzər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektoru və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Gündüz Vəliyev çıxış ediblər. Natiqlər Gənclər və İdman Nazirliyinin ölkədə gənclər siyasətinin həyata keçirilməsində, idmanın inkişafında və sağlam həyat tərzinin təbliğində mühüm rol oynadığını qeyd edərək, dövlət tərəfindən gənclərə və idman sahəsinə göstərilən diqqət və qayğının uğurlu nəticələrindən danışıblar. Çıxışlarda fiziki tərbiyə müəllimlərinin sağlam və vətənpərvər nəslin yetişdirilməsində xüsusi xidmətləri vurğulanıb.

Tədbirdə Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin sertifikatlaşdırılması imtahanında 51 və daha yüksək bal toplayaraq uğurlu nəticə göstərən fiziki tərbiyə müəllimləri təltif ediliblər. Çıxış edənlər müəllimləri əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıblar.

Tədbir çərçivəsində Xəzər Gənclər Evinin psixoloqu tərəfindən müəllimlərə "Yeşilay Asılılıqlarla Mübarizə TDB-nin Tətbiqedici Təlim Proqramı" barədə məlumat təqdim olunub. Proqramın məqsədi, asılılıqların profilaktikası, sağlam həyat tərzinin təşviqi və təhsil müəssisələrində maarifləndirmə fəaliyyətinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Sonda müəllimlər qeyd olunan layihənin icrasına dəstək verməyə və gələcək maarifləndirmə tədbirlərində fəal iştirak etməyə dəvət olunublar.

Digər xəbərlər