PDF Oxu

Siyasət

  • 687

YAP Qaradağ rayon təşkilatının inzibati binasının yerləşdiyi ərazidə iməclik keçirilib - FOTO

image

İyulun 24-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının inzibati binasının yerləşdiyi ərazidə iməclik təşkil olunub.

İməclikdə YAP Qaradağ rayon təşkilatı aparatının əməkdaşları, partiyanın gənc fəalları və Qaradağ Rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində ərazi abadlaşdırılıb, yeni ağaclar əkilib, təmizlik işləri aparılıb. Eyni zamanda, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibləri yumşaldılıb, ətraf mühitin daha səliqəli və estetik vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülüb.

Digər xəbərlər