PDF Oxu

Siyasət

  • 892

Azərbaycan–Almaniya əlaqələri yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm hadisə oldu. Səfər çərçivəsində Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Fridrix Merts ilə görüşlər keçirdi. Görüşlərdə siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, ticarət və regional məsələlər geniş müzakirə olundu.
Səfər zamanı Azərbaycan və Almaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra sənədlər imzalandı. Tərəflər qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi niyyətini ifadə etdilər. Xüsusilə enerji sahəsində əməkdaşlığın, yaşıl enerji layihələrinin və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulandı.
Prezident İlham Əliyev keçirdiyi görüşlərdə Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğunu, ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd etdi. O, həmçinin Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verdi.
Almaniya rəsmiləri də Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini bildirərək, iqtisadi və siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğuladılar. Səfər çərçivəsində keçirilən görüşlər iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət etdi.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər nəticəsində əldə olunan razılaşmaların gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.

Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Digər xəbərlər