Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər çoxşaxəli xarakter daşıyır və strateji tərəfdaşlıq prinsiplərinə söykənir. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə qurulan dialoq zamanın sınaqlarından uğurla keçərək dinamik inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat bu əlaqələrin dərinləşməsində və gələcək əməkdaşlıq prioritetlərinin müəyyənləşməsində mühüm tarixi mərhələ oldu. Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar tərəflərin qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığı möhkəmləndirmək əzmində olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş birgə bəyannaməyə verdiyi yüksək qiymət beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini göstərən mühüm siyasi qiymətləndirmədir. Dövlət başçısının qeyd etdiyi kimi, ABŞ kimi qlobal gücün prosesdə birbaşa iştirakı və sənədin ən yüksək siyasi səviyyədə imzalanması regionda uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması istiqamətində beynəlxalq siyasi iradənin nümayişi kimi qiymətləndirilir. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən mühüm mərhələ hesab olunur. Otuz ilə yaxın davam edən münaqişə regionun iqtisadi inkişafına, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və regional əməkdaşlığın dərinləşməsinə ciddi maneələr yaratmışdı. Münaqişənin başa çatması ilə artıq regionda yeni geosiyasi reallıq yaranmış, sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya imkanları genişlənmişdir. ABŞ Prezidentinin iştirakı ilə imzalanan birgə bəyannamə bu yeni mərhələnin beynəlxalq səviyyədə dəstəkləndiyini nümayiş etdirərək regionun gələcək inkişafı üçün mühüm siyasi zəmanət rolunu oynayır. Bu sənəd eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstəyin, ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətin və çoxtərəfli diplomatik fəaliyyətin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional əməkdaşlıq platformaları, nəqliyyat dəhlizləri, enerji layihələri və iqtisadi inteqrasiya prosesləri artıq beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən strateji istiqamətlərə çevrilmişdir. Birgə bəyannamə bu proseslərin daha sürətlə inkişaf etməsinə, regionda etimad mühitinin möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına əlavə impuls verir. Prezident İlham Əliyevin bu hadisəyə verdiyi qiymət göstərir ki, beynəlxalq münasibətlərdə yüksək səviyyəli siyasi sənədlər təkcə diplomatik əhəmiyyət daşımır, həm də regionların gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm strateji qərarlardır. ABŞ Prezidentinin iştirakı ilə imzalanmış birgə bəyannamə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsinin və regional proseslərdə aparıcı rolunun daha da gücləndiyinin göstəricisidir. Bu sənəd gələcəkdə sülhün möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq investisiyaların cəlb olunması və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyət kəsb edir.Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olunması da danışıqların əsas mövzularından biri oldu. Prezident İlham Əliyev regionda əldə olunmuş tarixi sülh prosesinə toxunaraq bildirmişdir ki, Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Bu tarixi addım regionda dayanıqlı sülhün, sabitliyin və yeni əməkdaşlıq imkanlarının yaranmasını təmin etdi. Regionda sülh quruculuğu və postmünaqişə dövründə bərpa işlərində beynəlxalq tərəfdaşların dəstəyi böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə Almaniyanın obyektiv və konstruktiv mövqeyi xüsusi qiymətləndirilir. Azərbaycan Prezidenti öz bəyanatında bu məqamı vurğulayaraq bildirib ki, Almaniya hökumətinin rolunu biz yüksək qiymətləndiririk. Almaniyanın regionda sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış etməsi ikitərəfli etimadı daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səsləndirdiyi bəyanatlar Azərbaycan-Almaniya tərəfdaşlığında yeni bir səhifə açdı. İmzalanmış sənədlər, dərinləşən iqtisadi əlaqələr və regional təhlükəsizliklə bağlı yekdil mövqe iki ölkə arasında strateji münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə deməyə əsas verir.Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib.
Asif Qəfərov,
Neftçala rayon Boyat kənd Ərazi Nümayəndəsi, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri