Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 167 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Qeyd olunub ki, gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edərək, tapşırıq və tövsiyələrini verib.