İyulun 27-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranları Vəliyev Xatay Əsgər oğlunun 80 illik yubileyi və Zeynalov Valeh Zeynal oğlunun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür arzulayıb. O, partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini qeyd edib.
Yubilyarlar göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildiriblər, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmaları və uzun illər partiyanın təbliğatındakı fəaliyyəti onlar üçün böyük qürur olduğunu söyləyiblər.
Sonda yubilyarlara partiya dəyərlərinin təbliğində aktiv iştirakına görə rayon təşkilatı tərəfindən fəxri fərmanlar təltif edilib və qiymətli hədiyyələr təqdim olunub.