PDF Oxu

Siyasət

  • 444

Azərbaycan və Almaniya arasında imzalanmış sənədlər - ŞƏRH

image

Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin inkişafında mühüm siyasi hadisələrdən biri kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən yeni mərhələnin əsasını formalaşdırdı. Xüsusilə dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini nümayiş etdirdi.Berlin səfəri çərçivəsində Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə Birgə Bəyannamənin imzalanması sahibkarlar arasında əməkdaşlığın inkişafına xidmət edir. Almaniya dünyanın aparıcı sənaye dövlətlərindən biridir və yüksək texnologiyalar, maşınqayırma, avtomobil sənayesi, rəqəmsallaşma və innovasiya sahələrində böyük təcrübəyə malikdir. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, enerji ehtiyatları və tranzit imkanları ilə Almaniya üçün cəlbedici tərəfdaş hesab olunur.Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq yalnız siyasi dialoqun genişlənməsi ilə məhdudlaşmır. Bu anlayış iqtisadiyyat, enerji, nəqliyyat, sənaye, elm, innovasiya, rəqəmsal inkişaf, humanitar əlaqələr və təhlükəsizlik kimi müxtəlif istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın qurulmasını nəzərdə tutur. Azərbaycan ilə Almaniya arasında imzalanmış Birgə Bəyannamə də məhz belə çoxşaxəli əməkdaşlıq modelini əhatə edir və qarşıdakı illərdə həyata keçiriləcək fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.Sənədin əhatə etdiyi istiqamətlər kifayət qədər genişdir. Burada siyasi məsləhətləşmələrin intensivləşdirilməsi, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və logistika layihələrinin inkişafı, rəqəmsal transformasiya, innovasiya, yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi kimi sahələr xüsusi yer tutur. Bu istiqamətlərin hər biri həm Azərbaycanın, həm də Almaniyanın inkişaf prioritetləri ilə üst-üstə düşür.İmzalanmış sənədlər arasında xüsusi diqqət çəkən məsələlərdən biri də Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamədir. Bu təşəbbüs iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir iqtisadi münasibətlərdə biznes platformalarının rolu olduqca böyükdür. Belə qurumlar sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına, yeni investisiya layihələrinin hazırlanmasına və qarşılıqlı ticarətin genişlənməsinə mühüm töhfə verir.Azərbaycan–Almaniya Biznes Şurası sahibkarlar arasında əməkdaşlığı daha sistemli şəkildə təşkil etməyə imkan yaradacaq. Müxtəlif biznes forumlarının, investisiya təqdimatlarının və sektorlar üzrə görüşlərin keçirilməsi yeni layihələrin formalaşmasına şərait yaradacaq. Bu mexanizm dövlətlərarası siyasi münasibətlərin iqtisadi nəticələrə çevrilməsini sürətləndirən mühüm vasitələrdən biri hesab olunur.Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyanın müxtəlif dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurub. Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri kimi bu əməkdaşlıqda xüsusi yer tutur. İki ölkə arasında formalaşmış münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu dialoqa və ortaq maraqlara əsaslanır. İmzalanmış Birgə Bəyannamə də bu münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji baxış üzərində qurulduğunu göstərir.

Salman Həziyev,
YAP Neftçala rayon təşkilatının veteran üzvü

Digər xəbərlər