PDF Oxu

Siyasət

  • 942

Azərbaycan–Almaniya əlaqələri: bərabərhüquqlu tərəfdaşlıq və strateji dialoq - ŞƏRH

image

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və qarşılıqlı dialoq xüsusi rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar və rəsmi səfərləri, o cümlədən hər il keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşləri iki dövlət arasında siyasi anlaşmanın dərinləşməsinə böyük töhfə vermişdir.
Almaniya Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Ərazi bütövlüyü və suverenlik prinsiplərinə söykənən bu əməkdaşlıq, regional sülh quruculuğu prosesində də mühüm dialoq kanallarının açıq Almaniya Azərbaycanın Avropada ən mühüm iqtisadi və ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır və yüzlərlə Almaniya şirkəti Azərbaycanda sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat və xidmət sektorlarında uğurla fəaliyyət göstərir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, xüsusən Cənub Qaz Dəhlizi vasitəsilə mühüm rol oynayır. Almaniya bu layihəni və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini yüksək qiymətləndirir.
Son illərdə tərəflər arasında xüsusilə bərpa olunan enerji, "yaşıl hidrogen" istehsalı və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq prioritet istiqamətə çevrilmişdir. Almaniyanın qabaqcıl texnologiyaları Azərbaycanda "yaşıl enerji" zonalarının yaradılması prosesinə fəal inteqrasiya olunur.
Azərbaycan ilə Almaniya arasında mədəniyyət və təhsil sahəsindəki əməkdaşlıq xalqların bir-birini daha yaxından tanımasına xidmət edir.Azərbaycan–Almaniya münasibətləri pragmatik maraglara, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanır. Qlobal çağırışların artdığı müasir dövrdə nəqliyyat-logistika dəhlizlərinin (Orta Dəhliz) inkişafı, rəqəmsallaşma və bərpa olunan enerji sahəsində birgə layihələr bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyindən xəbər verir.

Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər