PDF Oxu

Siyasət

  • 487

YAP Ağdam rayon təşkilatında görüş keçirilib

image

27 iyul 2026-cı il tarixində YAP Ağdam rayon təşkilatında partiya veteranının 70 illik yubileyi münasibətilə görüş keçirilib. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında partiya veteranı və uzun illər rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş, "Əməkdar müəllim" Fəxri adına layiq görülmüş Vəliməmmədova Tünzalə Məmməd qızının 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Çıxış edənlərdən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, partiya veteranı Arzu Rəhimova, Təhsil sektoru üzrə Ərazi Partiya Təşkilatının sədri Tahir Abbasov, rayon ziyalıları Qədulla Səfərov, Baxşeyiş Abbasoğlu, Əvəz Mikayılov və başqa natiqlər yubilyarı təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar. Yubilyar Tünzalə Vəliməmmədova göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib. YAP Ağdam rayon təşkilatı tərəfindən Tünzalə Vəliməmmədovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirakına görə qiymətli hədiyyə təqdim edilib, sonda yubilyarla xatirə şəkli çəkdirilib.

Digər xəbərlər