PDF Oxu

Siyasət

  • 6

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, Əziz qardaşım, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm."
* * *
Prezident İlham Əliyev həmçinin Argentina Respublikasının Prezidenti Zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə də, bu ölkənin milli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Prezident, Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açacaqdır. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıram. Hörmətlə, Əlahəzrət, Əziz qardaşım, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İordaniya dövlətlərarası münasibətlərinin, xalqlarımız və ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm."

Digər xəbərlər