Bakı şəhərində "SƏS" Media Qrupunun Akt zalında Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarlna Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ,"Qloballaşma və Milli Həmrəylik" İctimai Bİrliyi tərəfindən həyata keçirilən "Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimizin təbliği" layihəsi çərçivəsində növbəti tədbiri keçirilmişdir.
SİA xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Vəli Vəlili QMHİB-yi və layihə barədə tədbir iştirakçılarını məlmatlandırdı.Vəli müəllim çıxışında erməni vandalizmini faktlara söykənərək açıqladı və hər bir vətəndaşımızın bu mövzuda məlumatlı olmasının vacibliyindən danışdı. QMH İB-nin sədri Həsən Qarayev icra olunan layihə ilə bağlı ətraflı və geniş məlumat verdi. Layihə rəhbəri ermənilərin maddi-mədəni irsimizə qarşı törətdikləri vandalizmi qeyri-insani, ağlasığmaz bir vəhşilik olduğunu bildirdi. Tədbirdə iştirak edənlərdən əməkdar jurnalist, İlham Əliyev öz çıxışında Bakıda, Şamaxıda mədəni irs nümunələri barədə, həmçinin Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mədəni irsimiz barədə tədbir iştirakçılarını məlumatlandırdı. Həmçinin, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən danışdı."Resurs"AİM-nin nümayəndəsi, Qismət İsmayılov çıxışında erməni vandalizmi, ermənilərin vandalığı nəticəsində dağıdılmış maddi mədəniyyət nümunələrimiz barədə və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışdı. "Yeni Azərbaycan "TV-nin nümayəndəsi, Qönçə Əlizadə çıxışında erməni vandalizmi nəticəsində, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış və yer üzündən silinmiş maddi -mədəni irs abidələri barədə danışdı. Həmçinin, gənc nəslin bu kimi mövzularda daha həssas olmasının və sosial şəbəkələrdə mövzu ilə bağlı aktiv olmalarının, erməni vandalizminin dünya ictimayətinə çatdırılmasında mühüm rol oynayacağından danıdı. Tədbirdə çıxış edən digər iştirakçılar layihə barədə öz müsbət fikirlərini bildirdilər. Mövzunun müasir dövrdə aktual olduğunu və gələcəkdə də davam etdirilməsinin vacib olduğunu bildirdilər. Tədbir, tədbir iştirakçıları ilə diskusiya şəraitində davam etdi. Sonda İB-yin sədri Həsən Qarayev tədbirin təşkilində və keçirilməsinə göstərdikləri köməkliyə görə "SƏS "Media Qrupunun rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir, iştirakçılar ilə xatirə şəkli çəkdirilərək yekunlaşdı.