PDF Oxu

Siyasət

  • 1 447

"Səfər qarşılıqlı etimadı daha da möhkəmləndirir" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Almaniya dünyanın ən böyük iqtisadiyyatlarından birinə malik olmaqla yanaşı, Avropa İttifaqının aparıcı dövlətlərindən biri hesab olunur və Avropada siyasi, iqtisadi və diplomatik proseslərə ciddi təsir imkanlarına sahibdir".Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.Media eksperti sözlərinə belə davam edib:"Belə bir dövlətin Azərbaycan Prezidentini rəsmi səfərə dəvət etməsi ikitərəfli əməkdaşlığın inkişafına verilən önəmin göstəricilərindən biri hesab oluna bilər. Son illərdə Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, regional əməkdaşlıq və beynəlxalq diplomatiya sahələrində fəal mövqeyi ilə diqqət çəkib. Bu amillər ölkənin beynəlxalq tərəfdaşlarla münasibətlərinin genişlənməsinə də mühüm töhfə verir.Səfər çərçivəsində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət əlaqələri və regional məsələlərin müzakirə olunması iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr Almaniya da daxil olmaqla Avropa ölkələri üçün əsas əməkdaşlıq istiqamətlərindən biri hesab olunur.Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər