PDF Oxu

Siyasət

  • 1 158

"Azərbaycan milli maraqlarını beynəlxalq aləmdə də uğurla qoruya bilir" - DEPUTAT

image

"Ulu Öndəri tərəfindən əsası qoyulan və indiki Prezident tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasətidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, bu siyasət Azərbaycana yüksək nüfuz və öz müstəqilliyini qoruya bilən bir ölkə imici qazandırmışdır:"Düşünülmüş daxili siyasət, iqtisadiyyatımızın yenilənməsi, insanların sosial rifahının artırılması, ölkədə istənilən təhlükənin qarşısının əvvəlcədən alınması mexanizminin qurulması güclü dövlət modeli yaratmışdır. Əlbəttə ki, buna söykənərək Azərbaycan milli maraqlarını beynəlxalq aləmdə də uğurla qoruya bilir.Bu, Azərbaycanın daxili işlərinə hər hansı xarici müdaxilənin qarşısının alınmasıdır. Bu, təbii sərvətlərimizin xalqın maraqlarına uyğun şəkildə istifadə edilməsidir. Bu, Azərbaycanın xarici kapital üçün əlverişli mühit yaratmasıdır. Eyni zamanda, beynəlxalq birlikdə dünyada sülhün və əmin-amanlığın təmin edilməsi üçün digər ölkələrlə əməkdaşlıq edilməsi də bugünkü reallığımızın tərkib hissəsidir.Bütün bunlar Azərbaycana böyük nüfuz qazandırmışdır. Vaxtilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərdən biri seçilməsi, Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməsi, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin koronavirus pandemiyası ilə bağlı xüsusi sessiyasının keçirilməsi – bütün bunlar Azərbaycanın nüfuzunun göstəricisidir.Bu gün Azərbaycanın həm qonşularla, həm də qonşularının qonşuları ilə yaxşı münasibətləri vardır. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu gün bir-birinin ardınca xarici ölkələrdə Azərbaycan səfirlikləri açılır. Bu, hər iki ölkənin maraqlarına cavab verən bir məsələdir.Azərbaycanın mədəniyyəti, tarixi və incəsənəti xarici ölkələrdə tanıdılır. Dünya Azərbaycan haqqında daha çox məlumat əldə edir və düzgün daxili və xarici siyasət Azərbaycanı beynəlxalq birlikdə nüfuzlu ölkəyə çevirmişdir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər