PDF Oxu

Siyasət

  • 1 060

"Rusiyaya qarşı növbəti sanksiyalar paketi qəbul edilib" - SİYASİ EKSPERT

image

"Əlbəttə ki, Avropa Birliyinin sanksiyaları Moskvanı qalan yerdən də sıxmaq üçün əlavə imkandır. Moskva, bütövlükdə Rusiya, təcavüzkar bir dövlətdir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.Onun sözlərinə görə, Ukraynanın torpaqlarını işğal altında tutur, üstəlik də qanunsuz müharibə aparır, dinc insanları öldürməyə davam edir: "Yəni, faktiki olaraq, insanlıq əleyhinə cinayətlər törətməklə məşğuldur.Belə bir dövlət mütləq cəzalandırılmalı, hərtərəfli sıxışdırılmalıdır. Avropa Birliyi də növbəti sanksiyalar paketini məhz buna görə qəbul edib. Belə bir paketin qəbul edilməsi Rusiyanı qalan yerdən də sıxmaq üçün yetərli olacaq.Bilirsiniz ki, hazırda Rusiyanın daxilində çox ciddi iqtisadi problemlər var, ərzaqla bağlı problemlər var, yanacaqla bağlı problemlər var. Yəni, faktiki olaraq, Rusiya kifayət qədər sıxılmış vəziyyətdədir. Üstəlik də bu sanksiyaların əlavə olaraq tətbiq olunması Rusiyanı daha da çətin vəziyyətə salacaq.Nəticə etibarilə, Rusiya nə qədər çox çətinliklə üz-üzə qalarsa, müharibənin daha tez bitməsi imkanı yaranar. Avropanın da, dünyanın da əsas məqsədi odur ki, Rusiyanı bu müharibədən çəkindirsin. Hazırda isə Rusiya inadkarlıqla müharibəni davam etdirir. Davam etdirdiyinə görə də məhz bu cür sıxıntılarla üzləşir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər