PDF Oxu

Siyasət

  • 843

"Azərbaycan müstəqil mövqeyini qətiyyətlə qoruyur" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan-Rusiya münasibətləri tarixən, ümumilikdə, müsbət və əməkdaşlıq fonunda inkişaf edib. Əlbəttə, zaman-zaman müəyyən fikir ayrılıqları və problemlər də yaşanıb. Lakin ümumi mənzərəyə nəzər yetirdikdə, iki ölkə arasında münasibətlərin tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq və müəyyən dövrlərdə müttəfiqlik çərçivəsində davam etdiyini söyləmək mümkündür".Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.Politoloqun sözlərinə görə, bu münasibətlərin mühüm nümunələrindən biri 2022-ci ilin fevralında Moskvada Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasıdır:"Həmin sənəd iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyırdı. Bununla yanaşı, həmin dövrdə Qarabağ məsələsinin tam həll olunmaması və regionda mövcud geosiyasi vəziyyət də Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərən əsas amillərdən biri idi.Qarabağ münaqişəsinin davam etdiyi illərdə Azərbaycanla Rusiya arasında müəyyən fikir ayrılıqları mövcud olub. Xüsusilə Rusiyanın Ermənistana silah satması və müxtəlif istiqamətlərdə dəstək göstərməsi Azərbaycan ictimaiyyətində və siyasi dairələrində ciddi suallar doğururdu.Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllindən sonra isə iki ölkə arasında yeni müzakirə mövzuları meydana çıxdı. Xüsusilə təyyarə hadisəsi ilə bağlı Azərbaycanın Rusiyaya ciddi sualları və tələbləri oldu. Azərbaycan bu məsələdə öz mövqeyini qətiyyətlə ortaya qoydu və baş verən hadisəyə hüquqi, siyasi və diplomatik qiymət verilməsini tələb etdi.Bu proses bir daha göstərdi ki, Azərbaycan müstəqil və suveren dövlət kimi öz milli maraqlarını qətiyyətlə müdafiə edir. Azərbaycan xarici siyasətində heç bir dövlətdən asılı olmadığını, bütün ölkələrlə münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında qurduğunu nümayiş etdirir.Eyni zamanda, mövcud geosiyasi reallıqları da nəzərə almaq lazımdır. Rusiya ərazi baxımından dünyanın ən böyük dövlətidir, nüvə potensialına malik aparıcı ölkələrdən biridir və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi beynəlxalq siyasətdə mühüm təsir imkanlarına sahibdir. Bu reallıqlar Azərbaycan–Rusiya münasibətlərinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.Azərbaycanın milli maraqları baxımından Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və əməkdaşlıq prinsipləri əsasında davam etməsi məqsədəuyğundur. Mən hesab edirəm ki, Azərbaycan bütün böyük dövlətlərlə münasibətlərində qarşıdurmadan uzaq durmalı, dialoq və əməkdaşlığa üstünlük verməlidir.Azərbaycan nisbətən kiçik dövlət olsa da, müstəqil siyasət yürüdən, regional və beynəlxalq proseslərdə mühüm rol oynayan ölkədir. Böyük dövlətlərlə sabit, qarşılıqlı faydalı və mehriban münasibətlərin qorunması Azərbaycanın təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından müsbət əhəmiyyət daşıyır.Bu baxımdan, Azərbaycan-Rusiya münasibətlərini də məhz qarşılıqlı hörmətə, milli maraqlara və konstruktiv əməkdaşlığa əsaslanan münasibətlər kimi qiymətləndirmək lazımdır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər