PDF Oxu

Siyasət

  • 1 065

İnsan alverinə qarşı mübarizədə Dövlət–QHT əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - FOTOLAR

image

30 iyul 2026-cı ildə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə günü münasibətilə Polisə Dəstək İctimai Birliyinin ofisində İnsan Alverinə Qarşı mübarizı üzrə QHT Koalisiyasının geniş iclası keçirilib. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Zöhrab Orucov, QHT Koalisiyasının sədri Mehriban Zeynalova, Koalisiyanın üzvləri Mahirə Əmirhüseynova,Şəmsəddin Əliyev, Gülayə Səfərova, Nailə İsmayılova, Ruxsarə Axundova, Fariz Əkbərov, Zülfiyyə Nuriyeva, Fəridə Hicran Gəncə şəhərindən Südabə Məmmədova,Quba regionu üzrə Eynulla Xeyrullaye,Sumqayıt şəhərindən Zemfira Mustafaeva iştirak ediblər. Koalisiyanın mətbuata açıqlamasında deyilir: 30 İyul – İnsan Alverinə Qarşı Ümumdünya Mübarizə Günü münasibətilə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə üzrə vətəndaş cəmiyyəti təşkilatlarından ibarət Koalisiya Transmilli Mütəşəkkil Cinayətkarlığın xüsusilə ağır növünün qarşısının alınması istiqamətində birgə səylərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

İnsan alveri insan hüquqlarının kobud şəkildə pozulması, insan ləyaqətinə qarşı yönəlmiş xüsusilə ağır cinayət olmaqla yanaşı, qadınların, uşaqların, miqrantların, məcburi əməyə və istismara məruz qalma riski yüksək olan digər şəxslərin həyat və təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cinayətlə mübarizənin effektivliyi yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, həm də maarifləndirmə, sosial müdafiə, erkən aşkarlama və zərərçəkmişlərin reabilitasiyası sahəsində birgə koordinasiyalı fəaliyyətlə mümkündür.

İnsan Alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası hesab edir ki, insan alverinə qarşı mübarizədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq daha da gücləndirilməli,gənclərin, əmək miqrantlarının və digər həssas qrupların məlumatlandırılması, təhlükəsiz miqrasiya və məşğulluq imkanları barədə maarifləndirmə işləri genişləndirilməlidir. İnsan alveri təkcə hüquqi problem deyil, həm də insan ləyaqətinə və fundamental hüquqlara qarşı yönəlmiş ağır və xüsusilə ağır cinayətdir. Hər bir vətəndaşın məlumatlı olması, riskləri tanıması və şübhəli hallara biganə qalmaması bu cinayətin qarşısının alınmasına mühüm töhfə verə bilər. İnsan alverinə qarşı mübarizə ümumi məsuliyyətimizdir!

QHT Koalisiyası dövlət qurumları, beynəlxalq təşkilatlar Prezident İlham Əliyevin imzası ilə təsdiq edilən MFP –nın tələblərinə uyğun media nümayəndələri ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir və bütün cəmiyyəti insan alverinin qarşısının alınmasına yönəlmiş təşəbbüslərə dəstək verməyə çağırır.

İnsan ləyaqətinin qorunması, insan alverinin qarşısının alınması və zərərçəkmişlərin müdafiəsi naminə birgə fəaliyyət göstərmək hər birimizin borcudur!

Digər xəbərlər