Azərbaycan regionda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Avropa Parlamentinin sədri Yeji Buzeki qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı, Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, Avropa Parlamentinin sədri Yeji Buzekin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.