PDF Oxu

Siyasət

  • 514

Ana dilinin inkişafında süni maneələr - ŞƏRH

image

Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.XX əsrin 60-cı illərinin sonlarında kommunizm cəmiyyətinə sürətli keçid ideyası tədricən iflasa uğramış, 70-ci il­lərin əvvəllərində inkişaf etmiş sosializm cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxmış­dı. Uzunmüddətli müzakirələrdən son­ra – 1977-ci il oktyabrın 7-də SSRİ-nin üçüncü Konstitusiyası, 1978-ci il aprelin 21-də isə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında respublikamızın sayca dördüncü Kons­titusiyası qəbul edilmişdi. 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət bu Əsas Qanunun özündən əvvəlki konstitusiya­lardan bir sıra prinsipial fərqləri var idi. İlk dəfə idi ki, Konstitusiyada insanların sağlamlığının mühafizəsi hüququ, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən is­tifadə etmək hüququ, ən başlıcası, yara­dıcılıq azadlığı təsbit edilirdi. Özündən əvvəlki Əsas Qanundan fərqli olaraq, 1978-ci il Konstitusiyasında təkcə Azərbaycan SSR Ali Sovetinin de­yil, Ali Sovetin Rəyasət Heyətinin, Nazir­lər Sovetinin, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Respublika Ali Məhkəməsinin də qanunvericilik hüququ təsbit edilirdi. Ən mühüm məqam isə ana dilimizlə bağlı idi. Bu, danılmaz faktdır ki, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və in­kişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.O qədər də uzaq tarix olmadığına görə, hamı xatırlayır ki, 70-ci illərin orta­larından başlayaraq, SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətiril­mişdi. Dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikala­rın rəhbərləri də ana dili məsələsini gün­dəmə gətirməkdə aciz idilər. Bütün bunla­ra baxmayaraq, o vaxt Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəx­siyyət SSRİ Konstitusiyası haqqında da­nışarkən öz nitqində xüsusi olaraq vur­ğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusu­nu qorumaq məqsədi daşıyırdı. Təbii ki, o dövrdə əhalinin iştirakı ilə keçirilən müzakirələr formal xarakter daşısa da milli ruhlu ziyalılar layihəyə Azərbaycan dilinin salınmamasına görə, narazılıqlarını bildirirdilər. Yenə də res­publikamızın rəhbəri Heydər Əliyev həyatını riskə qoyaraq, Konstitusiya la­yihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasını israr edirdi. Lakin Moskvadakı rəhbər xadim­lər müxtəlif bəhanələr gətirərək, bunun qarşısını alırdılar. Xalqını, millətini böyük məhəbbətlə sevən ulu öndər isə ina­dından əl çəkmirdi. Ulu öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbə­ri Leonid Brejnevlə danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini, nəhayət, birdəfəlik həll edir. Ümumxalq müzakirəsinə verilmiş Azərbaycan Res­publikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir fikir yer aldı: “Azər­baycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azər­baycan dili dövlət dili statusu aldı. Ulu öndər bununla gələcək müstəqil dövlətçi­liyin milli atributlarından birini məharətlə qorudu.

Fərqanə Əliyeva,

Neftçala şəhər 1 saylı KEUB-nın müdiri, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər