Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlıq yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul edib. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə nümunə kimi qiymətləndirdi. Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı və bu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.