PDF Oxu

Siyasət

  • 13

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulayıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Digər xəbərlər