PDF Oxu

Siyasət

  • 11

Türkiyə Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Türkiyə Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Türkiyə Prezidentinin məktubunda deyilir: "Əziz qardaşım, hörmətli Prezident İlham Əliyev, 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsində dost və qardaş Azərbaycanın birinci olmasından böyük sevinc hissi duyduq. Azərbaycanın bu uğuru Türk xalqını da həddən ziyadə məmnun etmişdir. Zati-aliləri, Sizin şəxsinizdə Azərbaycanı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram."

Digər xəbərlər