PDF Oxu

Siyasət

  • 875

Ana dilimizə məhəbbət

image

“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə” Lerik Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində kənd kitabxana filiallarının əməkdaşlarının iştirakı ilə keçirilən dəyirmi masada çıxış edən əməkdaşlar Azərbaycan əlifbasının tarixi, Azərbaycan dilinin dövlət dili kimi inkişaf mərhələləri barədə söz açıb, Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti, eləcə bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən biridir, onun saflığının qorunması, zənginliyinin təbliği və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi hər bir vətəndaşın mühüm vəzifəsi olmalıdır.
Daha sonra tədbirə qatılanlar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər