PDF Oxu

Siyasət

  • 9

Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib
Dünən Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizdə Dövlət Sərhəd Xidməti ən müasir tələblər səviyyəsinə yüksəlib. Son illər dövlət sərhədlərinin etibarlı şəkildə qorunması, xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatla təmin olunması, yeni sərhəd infrastrukturunun yaradılması, kadr hazırlığı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində böyük işlər görülüb. Xidmətin təkmilləşdirilməsi dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinə, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Dövlət Sərhəd Xidmətində sərhədçilərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtın Nərimanov rayonu ərazisində sərhədçilər üçün yeni yaşayış kompleksi tikilib istifadəyə verilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni yaşayış kompleksinə gəldi. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı vardır. Dövlətimizin başçısı yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış oldu. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib. Yaşayış kompleksi ilə tanışlıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bir qrup sakinə mənzillərin orderlərini təqdim etdi.

Digər xəbərlər