Bu başlıqlı maarifləndirici tədbir Masallı Tarix-Diyarşünaslıq Muzeyinin, Rayon İcra Hakimiyyəti və Masallı Gənclər evinin birgə təşkilatçılığı, rayonda fəaliyyət göstərən Tibb Məktəbinin dəstəyi sayəsində muzeydə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva deyib- İnsan alveri ən ciddi sosial problem olaraq bəşəriyyəti çox narahat edir. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması müasir dövrün əsas məsələdir.
Görüşdə Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru İxtiyar Talıbovun, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Aybəniz Novruzovanın və Masallı Gənclər evinin metodisti Tural Sadıqovun çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti vurğulanıb, insan alverinin qarşısının alınması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü