PDF Oxu

Siyasət

  • 1 391

"Bakı ilə Bişkek arasında münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır" - POLİTOLOQ DANIŞDI

image

"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, son illərdə Bakı ilə Bişkek arasında münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, investisiya, nəqliyyat-logistika, enerji, təhsil və humanitar əməkdaşlıq istiqamətlərində də yeni mərhələyə qədəm qoyur:

"Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər göstərir ki, tərəflər ikitərəfli əlaqələri uzunmüddətli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədirlər. Bu, eyni zamanda Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Səfərin digər mühüm tərəfi Azərbaycanın Mərkəzi Asiya siyasətinin daha da fəallaşdığını nümayiş etdirməsidir. Qırğızıstanla müttəfiqlik münasibətlərinin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın institusional əsaslarını gücləndirir və regional iqtisadi layihələrin həyata keçirilməsinə əlavə impuls verir. Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə həyata keçirdiyi təşəbbüslər, xüsusilə nəqliyyat və investisiya sahələrində artan fəallığı ölkənin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan, Prezident İlham Əliyevin Qırğızıstana səfəri yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyan addımdır".

Digər xəbərlər