PDF Oxu

Siyasət

  • 537

YAP Şamaxı rayon təşkilatı şəhid ailələri və partiya üzvləri üçün səfər təşkil edib - FOTO

image

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub.

Səfərin məqsədi şəhid ailələri və partiya üzvlərinin işğaldan azad edilmiş ərazilərlə yaxından tanış olmaları, erməni işğalı dövründə dağıdılmış yaşayış məntəqələrini öz gözləri ilə görmələri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələri və quruculuq prosesini yaxından izləmələrinə şərait yaratmaq olub.

Səfər çərçivəsində Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri, inşa edilən yaşayış və sosial infrastruktur obyektləri ilə tanışlıq olub, şəhərlərin tarixi, mədəni və mənəvi əhəmiyyət daşıyan məkanları ziyarət edilib.

Səfər iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edərək, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin hər bir azərbaycanlıda qürur hissi yaratdığını, belə səfərlərin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, dövlətimizin qüdrətinin və həyata keçirilən quruculuq siyasətinin əyani şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Digər xəbərlər