PDF Oxu

Siyasət

  • 10

Avstriya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük önəm verir

Avstriya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük önəm verir
Prezident İlham Əliyev mayın 18-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul edib. OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə neft və qazın hasilatı, nəqli, Avropada marketinqi və satışı sahəsində mümkün əməkdaşlıq, "Nabukko" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər