PDF Oxu

Siyasət

  • 536

Prezident İlham Əliyevin Qırğızıstan səfəri türk dünyasının birliyinə tarixi töhfədir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı tarixində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, dövlət başçılarının mətbuata verdiyi bəyanatlar göstərdi ki, Bakı və Bişkek münasibətləri strateji müttəfiqlik modelini praktik müstəviyə keçirirlər.
Prezident İlham Əliyev öz çıxış və müsahibələrində türk dövlətlərinin birliyinin vacibliyini dönə-dönə diqqətə çatdırıb, bu istiqamətdə əməli addımlar atmağın önəmini vurğulayıb. Məhz İlham Əliyevin bilavasitə səyləri nəticəsində türk dövlətlərinin xarici siyasətində bir çox uzlaşmalar müşahidə edilməkdə, iqtisadi-siyasi və hərbi müstəvidə ciddi yaxınlaşmalar reallaşmaqdadır. Bütün bunlar qlobal dünyada baş verən təhdid və qarşıdurmalar fonunda türk dünyasının təhlükəsizliyinin təmini, rifah və inkişafı baxımından həyati əhəmiyyətə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstana səfərinin türk dünyasının birliyinə ciddi töhfə verəcəyi, Qırğızıstanın türk dünyasına daha yaxından inteqrasiyasını sitimullaşdıracağı şübhəsizdir.
Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı fonunda türk dövlətləri birliyinin daha da möhkəmlənməsi ümumtürk maraqlarının qlobal arenmada daha effektiv müdafiəsinə imkan verəcək, türk dövlətlərinin milli maraqlarının təmini üçün əlverişli zəmin formalaşdıracaq. Bu baxımdan, İlham Əliuyevin Qırğızıstan səfəri sadəcə Azərbaycan-Qırğızıstan münasibətləri zəminində deyil, türk dnyasının ümumi maarq və mənafeyləri fonunda şərh edilməli, ümumtürk birliyinin tarixi yüksəlişinin yeni mərhələsi kimi dəyərləndirilməlidir.

Əsli Novruzova

YAP Qusar rayon təşkilatının fəalı

Digər xəbərlər