"Birinci vitse-prezident Mehriban Əliyevanın Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olması Azərbaycan-Qırğızıstan münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar və sosial əməkdaşlığın da prioritet istiqamətlərdən biri olduğunu göstərir".Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, son illər iki ölkə arasında strateji tərəfdaşlıq sürətlə inkişaf edir və səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə kimi sahələrdə qarşılıqlı təcrübə mübadiləsi Türk dünyası çərçivəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir:"Bu cür təmaslar dövlətlər arasında etimadı möhkəmləndirməklə yanaşı, xalqlar arasında əlaqələrin daha da güclənməsinə də töhfə verir.Azərbaycan və Qırğızıstan arasında münasibətlər bu gün yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulub. Dövlət başçılarının müntəzəm görüşləri, imzalanan müttəfiqlik sənədləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq ikitərəfli əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Mehriban Əliyevanın bu səfəri də həmin strateji xəttin humanitar ölçüsünü tamamlayaraq, Azərbaycanın Türk dünyasında inteqrasiyanın gücləndirilməsinə və ortaq sosial layihələrin inkişafına verdiyi önəmin növbəti göstəricisi kimi qiymətləndirilə bilər".
Müəllif: Günel Fərzəliyeva