PDF Oxu

Siyasət

  • 1 365

“Türk Dövlətləri Təşkilatında Azərbaycan–Qırğızıstan əməkdaşlığının özünəməxsus yeri var” - ŞƏRH

image

“Azərbaycan–Qırğızıstan münasibətləri hazırda nəzərəçarpan dinamika ilə inkişaf edir. Həm şaxələnir, həm də dərinləşir. Cəmi bir il əvvələ qədər bu münasibətlər strateji tərəfdaşlıq müstəvisində idisə, bu gün artıq strateji müttəfiqlik haqqında müqavilə imzalanıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, bu, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin həm inkişaf etdiyini, həm də daha yüksək perspektivə doğru irəlilədiyini söyləməyə əsas verir:“Artıq biznes forumları keçirilir, birgə investisiya fondu yaradılıb. Bu fond vasitəsilə bir neçə maraqlı layihənin icrasına artıq start verilib.Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında Qırğızıstanın iştirakı artıq bir fakta çevrilib. Eyni zamanda, Qırğızıstanla Azərbaycan arasında sərmayə qoyuluşunun, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi, humanitar və turizm əlaqələrinin, eləcə də nəqliyyat və energetika sahəsində əməkdaşlığın artırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.Qırğızıstanla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə mane olan heç bir amil və ya anlaşılmazlıq yoxdur. İkitərəfli müstəvidə əməkdaşlığı mümkün və zəruri edən konkret istiqamətlər və sahələr mövcuddur.Eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da müsbət nəticələr verir. Qırğızıstanın Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti, eləcə də Mərkəzi Asiya dövlət başçılarının görüşləri çərçivəsində iki ölkənin əməkdaşlığı uğurla davam edir.Bununla yanaşı, Qırğızıstan və Azərbaycan daha geniş qlobal müstəvidə də əməkdaşlıq edirlər. Demək olar ki, beynəlxalq münasibətlərdə elə bir məsələ yoxdur ki, onunla bağlı Azərbaycan və Qırğızıstanın mövqeləri bir-birindən fərqlənsin. İki ölkə arasında hər hansı prinsipial fikir ayrılığı mövcud deyil.Xüsusilə də Türk Dövlətləri Təşkilatında Azərbaycan–Qırğızıstan əməkdaşlığının özünəməxsus yeri var. Çünki Qırğızıstan da türk dövləti olaraq Türk dünyasının dəyərlərinə və perspektivlərinə möhkəm inanır və bu prinsiplərə sadiqdir”.

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər