PDF Oxu

Siyasət

  • 922

Partiya veteranı ilə görüş keçirilib - FOTO

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən şəhid anası, veteran partiyaçı Əhmədova Aybəniz Mərdan qızının 65 illik yubileyi münasibətilə onunla evində görüş keçirilib.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. Şəhid anası ilə ətraflı söhbət aparılıb, qayğıları ilə maraqlanılıb.

Görüş çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən ona 65 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib.

Şəhid anası, veteran partiyaçı Aybəniz Əhmədova ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.

Sonda yubiliyarla xatirə şəkilləri çəkilib.

Digər xəbərlər