PDF Oxu

Siyasət

  • 1 204

"Hərbi Dəniz Qüvvələrimiz Xəzərdə təhlükəsizliyin əsas təminatçısıdır" - HƏRBİ EKSPERT

image

"Azərbaycanın Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrimizin əsas qoşun növlərindən biridir. Bu gün kifayət qədər müasir silah-sursat, hərbi texnika və digər vasitələrlə təchiz olunan Hərbi Dəniz Qüvvələrimiz dövlətimizin Xəzər dənizində və onun sahil zolağında suverenliyinin, ərazi bütövlüyünün və iqtisadi maraqlarının qorunması məqsədilə istənilən hərbi təhdidin, terror hücumunun və digər təhlükələrin qarşısını almağa qadirdir".Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrimiz öz fəaliyyətini eyni zamanda Dövlət Sərhəd Xidmətinin müvafiq strukturları ilə qarşılıqlı koordinasiya və əməkdaşlıq şəraitində həyata keçirir:"Bu fəaliyyətin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədlərinin toxunulmazlığını və təhlükəsizliyini təmin etməkdir.Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olan bir sıra bölmələr həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində iştirak ediblər. Birinci Qarabağ müharibəsi zamanı dəniz piyada taboru Ağdərə istiqamətində aparılan müdafiə xarakterli döyüşlərdə uğurla iştirak edib.44 günlük Vətən müharibəsi zamanı isə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölmələri Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azad olunması uğrunda keçirilən əməliyyatlarda iştirak ediblər. Qubadlının azad olunması zamanı dəniz piyadalarımız mühüm və uğurlu əməliyyatlar həyata keçiriblər. Onlar minimal itkilərlə Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun işğaldan azad edilməsinə böyük töhfə veriblər.Hərbi Dəniz Qüvvələrimiz bundan sonra da Azərbaycan dövlətinin dəniz sərhədlərinin qorunması, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərimizin toxunulmazlığının və milli maraqlarımızın müdafiəsi istiqamətində fəaliyyətini uğurla davam etdirəcək".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər