PDF Oxu

Siyasət

  • 1 399

“Ardıcıl islahatlar Azərbaycanın regionun aparıcı enerji mərkəzi mövqeyini daha da möhkəmləndirir” - ŞƏRH

image

“Prezident İlham Əliyevin iştirakı ilə “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji sisteminin modernləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə təkcə yeni enerji infrastrukturu deyil, həm də ölkənin artan sənaye, nəqliyyat və ixrac potensialını dəstəkləyən strateji investisiya kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, son illər Azərbaycanın enerji siyasəti yalnız mövcud istehsal güclərinin artırılmasına deyil, həm də ötürücü infrastrukturun müasir tələblərə uyğun yenilənməsinə hesablanıb:“Bu baxımdan “Yeni Səngəçal” yarımstansiyası elektrik enerjisinin daha etibarlı, dayanıqlı və səmərəli şəkildə ötürülməsinə imkan yaradacaq mühüm layihələrdən biridir.Səngəçal Azərbaycanın enerji xəritəsində xüsusi əhəmiyyətə malik strateji mərkəzdir. Burada neft-qaz infrastrukturu, ixrac marşrutları və yeni enerji layihələri cəmləşdiyi üçün müasir elektrik təchizatının yaradılması həm daxili enerji təhlükəsizliyinin, həm də beynəlxalq enerji əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji sahəsində də genişmiqyaslı layihələr həyata keçirir. Bu proses elektrik şəbəkəsinin daha çevik və güclü olmasını tələb edir. Yeni yarımstansiyanın istismara verilməsi gələcəkdə yaşıl enerji layihələrinin milli enerji sisteminə inteqrasiyasını sürətləndirəcək və enerji axınlarının daha effektiv idarə edilməsinə şərait yaradacaq.Vüqar İskəndərov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda həyata keçirilən ardıcıl islahatlar Azərbaycanın regionun aparıcı enerji mərkəzi mövqeyini daha da möhkəmləndirir. İnfrastrukturun müasirləşdirilməsi ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, xarici investorların etimadını gücləndirən əsas amillərdən biridir.Bu gün Azərbaycanın enerji strategiyası yalnız mövcud ehtiyatlardan səmərəli istifadəni deyil, həm də gələcək onilliklərin enerji təhlükəsizliyini təmin edəcək müasir infrastrukturun formalaşdırılmasını hədəfləyir. “Yeni Səngəçal” yarımstansiyasının istifadəyə verilməsi də məhz bu strateji baxışın növbəti uğurlu mərhələsi kimi qiymətləndirilməlidir”.
Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər