PDF Oxu

Siyasət

  • 1 378

"“Yeni Səngəçal” Azərbaycanın enerji infrastrukturunu daha da gücləndirir" - ŞƏRH EDİLDİ

image

"“Yeni Səngəçal” yarımstansiyasının istismara verilməsi Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində atdığı ardıcıl addımların növbəti mərhələsi kimi qiymətləndirilə bilər".Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, bu layihə təkcə elektrik təchizatının etibarlılığını artırmaq baxımından deyil, həm də ölkənin sürətlə inkişaf edən sənaye zonalarının, nəqliyyat-logistika layihələrinin və yaşıl enerji təşəbbüslərinin dayanıqlı enerji ilə təmin olunması baxımından strateji əhəmiyyət daşıyır:"Son illərdə Azərbaycanın enerji sisteminin rəqəmsallaşdırılması və ötürücü şəbəkənin yenilənməsi istiqamətində həyata keçirilən islahatlar ölkənin enerji təhlükəsizliyini daha da gücləndirib. Prezident İlham Əliyevin açılış mərasimində iştirakı isə dövlətin bu sahəyə verdiyi prioritetin göstəricisi kimi dəyərləndirilə bilər.Digər tərəfdən, enerji infrastrukturuna qoyulan investisiyalar Azərbaycanın beynəlxalq enerji tərəfdaşı kimi mövqeyini də möhkəmləndirir. Ölkə yalnız neft və qaz ixracatçısı deyil, eyni zamanda elektrik enerjisi və yaşıl enerji layihələri üzrə regional mərkəzə çevrilməyi hədəfləyir. Bu baxımdan yeni yarımstansiyanın istifadəyə verilməsi gələcəkdə Xəzər dənizində istehsal olunacaq bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası və ixrac imkanlarının genişləndirilməsi üçün də mühüm texniki baza yaradır. Belə layihələr Azərbaycanın enerji sektorunda uzunmüddətli dayanıqlılığı təmin etməklə yanaşı, iqtisadi inkişaf strategiyasına da mühüm töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər