Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında uğurlu əməkdaşlıq mövcuddur
Prezident İlham Əliyev mayın 12-də ATƏT-in Parlament Assambleyasının sədri Petros Eftimiunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edildi, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.