PDF Oxu

Siyasət

  • 766

Adı əbədi olaraq yaddaşlarda yaşayanlar

image

Azərbaycanın və dünyanın hər tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda düşmən əsarətində olan Qarabağımızın azadlığı naminə canı-qanı bahasına erməni dığalarına layiqli dərs verən minlərlə Vətən qeyrətli oğlanlardan biri də Yeni Suraxanı qəsəbəsində boya-başa çatan şəhid Qoşqar Aslanovdur. Şərəfli ölümü bu Vətən sevdalısına minlərlə ürəkdə əzəmətli abidə ucaltdı. Onun ömrü əbədi oldu. İndi cismən aramızda olmasa da, hər kəs onu yad edir, yaddaşlarda yaşayır.
Müqəddəs şəhidlik zirvəsindən boylayan Azərbaycanın qəhrəman oğlu Qoşqar Aslanovun anım günü münasibətilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülovun, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri – şöbə müdirinin müavini Elmar Hüseynovun və digər rəsmi şəxslərin, şəhid ailə üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Yeni Suraxanı qəsəbəsindəki qəbiristanlıqda uyduğu müqəddəs yer ziyarət edildi, ehtiram əlaməti olaraq şəhidin məzarı üstünə təzə güllər qoyuldu.
Şəhidin ad günündə qəhrəman Vətən övladlarının ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu deyən YAP Suraxanı rayon təşkilatının sədr müavini S. Əbdülov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərin xatirəsinin əziz tutulduğu vurğuladı, Ali rəhbərin Vətən müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirdi .
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını ifadə etdilər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər