PDF Oxu

Siyasət

  • 427

“Zərbələr Rusiya geri çəkilənə qədər davam etdiriləcək" - FOTO

image

Ukrayna Prezidenti Volodymyr Zelensky sülh prosesi vasitəçiləri ilə yeni əlaqələr, eləcə də hava hücumundan müdafiə sistemlərinin təchizatı ilə bağlı Avropa tərfdaşları ilə yeni danışıqlar aparacağını bəyan edib: “Bu həftə vasitəçilərlə, xüsusən də lazım olan addımlar və təkliflərlə bağlı yeni əlaqələrimiz olacaq. Ukrayna diplomatiyada həmişə aktivdir.Dövlətimizi və xalqımızı qorumaq üçün hava hücumundan müdafiə paketləri ilə bağlı yeni əlaqələr olacaq."

Zelensky qeyd etdi ki, bazar günü Baş nazir Sergey Koretskinin hesabatlarını dinləyib və Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Mixaylo Drapaty ilə Ukrayna şəhərlərinin müdafiəsi və Rusiyanın cavabı ilə bağlı söhbət edib: “Tamamilə adekvat cavablar var; hər bir Rusiyanın hücumuna cavabımız veriləcək. Rusiyanın müharibəsi getdikcə evdə, Rusiyada hiss olunacaq”.

Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinə və Təhlükəsizlik Xidmətinə təşəkkür edib. Bildirib ki, Rusiya neft emalı zavodlarına zərbə endirmək əməliyyatı davam edir: “Bu, onlar üçün çox nəzərə çarpır - həmçinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinə və radar stansiyalarına zərbələr endirildi və Azov və Qara dəniz bölgələrindəki Rusiya infrastrukturuna cavab zərbələrimiz endirildi. Bunun hələ də davam etməsinin yeganə səbəbi Rusiyanın bu müharibəyə son qoymaq istəməməsidir. Bu zərbələr Rusiya geri çəkilənə qədər davam etdiriləcək"

İlham

Digər xəbərlər